Rus polisi cinayətkar axtarışında…

Rus polisi cinayətkar axtarışında…

Rusiyanın Leninqrad vilayətinin Kinqisepp şəhərində naməlum şəxs oyun meydançasında gəzişən on yaşlı uşağı boyun nahiyəsindən vuraraq qaçıb.

Rus mətbuatına istinad edən SİA hazırda uşağın vəziyyətinin ağır olduğunu bildirir.

Ötən gün Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən verilən məlumatda uşağa xəsarət yetirənin kimliyi hələ də məlum olmadığı bildirilib. Polis bunu hadisə zamanı uşaq meydançasında elə də çox adamın olmaması ilə əlaqələndirir.

Hazırda rus polisi Cinayət Məcəlləsinin "Xuliqanlıq" maddəsi ilə cinayət işi açıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Moskvanın cənub-şərqindəki Nekrasovka rayonu yaxınlığında taksi sürücüsü gediş haqqını ödəməkdən imtina edən sərnişin tərəfindən kəllə-beyin nahiyəsindən ağır zədə alıb.

… Rus polisi cinayətkar axtarışını davam etirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə