Narkotik alverçisi tutuldu

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İ.Qurbanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 5 qramdan artıq, Xəzər rayonunun Qala qəsəbəsindəki yaşadığı evdən isə 366 qramdan artıq heroin və 1 kiloqram 305 qram marixuana aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə