Baş Polis İdarəsinin helikopteri yerə çırpılıb, 4 nəfər ölüb

Baş Polis İdarəsinin helikopteri yerə çırpılıb, 4 nəfər ölüb

Baş Polis İdarəsinin helikopteri yerə çırpılıb. Hadisə Türkiyənin İstanbul şəhərində baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Atatürk Beynəlxalq Hava Limanından havaya qalxan "MD 600N" markalı helikopter təxminən bir saat sonra Beyköz rayonu ərazisində dənizə düşüb. Nəticədə, hadisə zamanı helikopterin göyərtəsində olan 5 nəfərdən 4-ü ölüb, 1-i isə xəsarət alıb.

Helikopterin ölkənin Baş Polis İdarəsinin İstanbul Aviasiya Şöbəsinə məxsus olduğu qeyd olunur. Ərazidə görülmüş müvafiq işlər nəticəsində cəsədlər sudan çıxarılıb, yaralı isə xəstəxanaya yerləşdirilib. Təxminən, 100 metr dərinlikdə olan helikopterin sudan çıxarılması üçün lazımi tədbirlər görülür. İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə