Yataqxanada yanğın baş verib

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan otağın döşəməsi 2 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə