Gəncədə 27 yaşlı şəxs naməlum şəraitdə bıçaqlanıb

Gəncədə 27 yaşlı şəxs naməlum şəraitdə bıçaqlanıb
Gəncə şəhərində 27 yaşlı şəxs naməlum şəraitdə bıçaqlanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə "Sərçə Bazarı" adlanan ərazidə qeydə alınıb. 1994-cü il təvəllüdlü Məmmədov Cavid Sabir oğlu ürək nahiyəsindən aldığı bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hələlik C.Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla bağlı araşdırma başlanılıb

Bütün xəbərlər Facebook səhifəmizdə