Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 30-da saat 13 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Sumqayıt şəhər sakini R.Qiyasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ə.Bayramovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB