Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Quliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun Nərimanabad qəsəbəsindəki evinə baxış zamanı oradan 1 kiloqram 555 qram heroin və 510 qram metamfetamin götürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB