Oğurluq edən keçmiş məhkum saxlanıldı

Oğurluq edən keçmiş məhkum saxlanıldı

Sumqayıtda oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 17-də xətt avtobusunda şəhər sakini olan bir qadının cibindən 250 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Almuradov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə