Bakının Nərimanov rayonunda 42 yaşlı qadını minik avtomobili vurub

Bakının Nərimanov rayonunda 42 yaşlı qadını minik avtomobili vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Ağa Nemətullah küçəsində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Məhbubə Vəhab qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə