Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları fərdi evlərin birində gizli şəkildə nişan mərasiminin keçirildiyini aşkar ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, məclis şöbənin əməkdaşları tərəfindən dərhal dayandırılıb.
Nişan mərasiminin iştirakçılarından altı nəfər barəsində cərimə protokolları tərtib olunub. Qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılıb, onlara karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi izah edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB