Avtomobillər toqquşdu: ölən və yaralı var

Avtomobillər toqquşdu: ölən və yaralı var

Yevlax rayonunun Xanabad kəndi ərazisində “Mercedes” və “VAZ-21074” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 18-də saat 1 radələrində Yevlax rayonunun Xanabad kəndi ərazisində kənd sakini S.Cabbarovun idarə etdiyi “Mercedes” və Ağdaş rayon sakini E.Cabbarovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə E.Cabbarov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, digər sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə