51 yaşlı kişi avtomobillə vurularaq yol kənarına atılıb - Şəmkirdə

51 yaşlı kişi avtomobillə vurularaq yol kənarına atılıb - Şəmkirdə

Şəmkirdə piyada yaralı vəziyyətdə yol kənarına atılıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Kazımov Məhərrəm Teymur oğlu yaralı vəziyyətdə yol kənarından tapılıb. İlkin məlumata əsasən, adıçəkilən şəxsi avtomobil vurub və hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.

Hazırda 51 yaşlı piyadanın vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə