Şirvan şəhəri ərazisində “Mercedes” markalı avtomobillə piyada vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 15-də saat 21 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini V.Dəmirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi M.Tağıyevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB