Bakının Sabunçu rayonunda 21 yaşlı gənc bıçaqlanıb

Bakının Sabunçu rayonunda 21 yaşlı gənc bıçaqlanıb
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü Alışov Zeynal Asif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı göbək nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. O, 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə