Canlı yayımda ekran başına aşdı

Canlı yayımda ekran başına aşdı

Təbii ki, canlı yayım zamanı aparıcı və ya onun qonağının xoşagəlməz hallarla qarşılaşdığı xeyli hadisə sadalamaq olar. Belə ki, bu xoşagəlməz hallardan biri ilə bu günlərdə Kolumbiyanın “ESPN” telekanalının idman aparıcısı Carlos Ordusa qarşılaşıb. Belə ki, tamaşaçılarını idman yenilikləri ilə məlumatlandıran aparıcının başına canlı yayımda nəhəng bir ekran düşüb. Maraqlıdır ki, aparıcı bütün bunlara baxmayaraq, qalxaraq xəbərləri oxumağa davam edib.

SİA bu barədə rus mətbuatına istinad edir.

“Dünənki hadisədən sonra mənə məktub yazanlara deməliyəm ki, Allaha şükür ki, yaxşıyam. Tibbi müayinədən sonra mənə səhhətimdə heç bir problemin olmadığı bildirilib. Buna baxmayaraq, mənim üçün narahat olan bütün tamaşaçılarıma təşəkkürlərimi bildirirəm”. Qeyd edim ki, bunu aparıcı sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, bundan əvvəl “Associated Press” agentliyinin əməkdaşının Vaşinqtondakı iğtişaşlar zamanı hücuma məruz qaldığı bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə