Avtomobillə vurulan piyada xəstəxanada öldü

Avtomobillə vurulan piyada xəstəxanada öldü

İmişli rayonu ərazisində “VAZ-2107” markalı avtomobillə piyada vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 10-da saat 15 radələrində İmişli rayonunun Cəfərli kəndi ərazisində kənd sakini Ş.Əsədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Y.Əliyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə