Gəncədə qaçırılan qız ailəsinə qaytarıldı

Gəncədə qaçırılan qız ailəsinə qaytarıldı

Gəncədə qaçırılan qız ailəsinə təhvil verilib. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə