Sumqayıtda avtobus qatarla toqquşub ölən var

Sumqayıtda avtobus qatarla toqquşub ölən var

Sumqayıt şəhərində yük qatarı ilə avtobus toqquşub.

SİA-nın məlumatına görə, hadisə Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsində baş verib. Nəticədə "Azərbaycan Dəmir Yolları" QSC-nin bir əməkdaşının öldüyü deyilir.

Əraziyə hüquq-mühafizə orqanları və digər aidiyyəti qurum əməkdaşları cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə