Sənədləri olmayan ov tüfəngləri aşkarlanıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları iki nəfərdə qanunsuz saxlanılan ov tüfəngi aşkarlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köhnə Xudat Qazmalar kənd sakini X.Əlimovdan və Hil kənd sakini E.Şirinəliyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb. Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə