Evdən pul və qızıl-zinət əşyaları oğurlandı

Oğurluq etdiyinə görə tutulmuş R.Məmmədovun Xətai rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş R.Məmmədovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 2100 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə