Samuxda həmkəndlisini qətlə yetirən şəxs saxlanılıb

Samux rayonunda 28 yaşlı həmkəndlisi Məmmədov Elşən Rövşən oğlunu bıçaqla qətlə yetirən şəxs saxlanılıb.

SİA- nın bölgə müxbirinin verdiyi məlumata əsasən, 1983-cü il təvəllüdlü Samux rayon Sərkar kənd sakini əvəllər məhkum olunan Həsənov Vüqar Adil şübhəli şəxs qismində tutulub.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Vüqar Həsənov Sərkar kəndində Elşən Məmmədova ürək nahiyəsindən bıçaqla zərbə endirib. Sonuncu xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə