Saatlda karantini pozan kafe aşkarlandı FOTO

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən fevralın 27-də gecə saatlarında rayonun Məmmədabad kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, fevralın 27-də karantin normalarını pozaraq fəaliyyətini davam etdirən iaşə obyekti müəyyən edilib.

Obyektin icarədarı E.Ağayev və işçisi F.Bayramlı karantin qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunub.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək cərimə olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...