Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Əzimov fevralın 25-də Azadlıq prospektində bir nəfərin onun 2250 manat dəyərində mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini N.Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə