Xəbər verildiyi kimi, ötən gün Moskvanın şimal-şərqində 36 yaşlı qadın -11 yaşlı qızı və üç yaşlı oğlu olmaqla iki övladını boğaraq öldürüb. Axşam işdən qayıdan ata bütün ailənin yuxuda olduğunu düşününərək onları oyatmamağa qərar verib. Evdə nə baş verdiyini isə həkimlər qapı zəngini çalarkən öyrənib. SİA bunu rus mətbuatına istinadən bildirir.
Təbii ki, baş verən hadisə böyük faciə kimi dəyərləndirilsə də, maraqlıdır, görən iki övlad anasını belə bir addım atmağa nə məcbur edib? Məsələn, çoxları qadının bu addımını onun qəfil dəli olması ilə əlaqələndirirlər.
Xatırladaq ki, uşaqların valideynləri 12 il evil olublar və yaxınlarının dediyinə görə ailədə elə də bir problem olmayıb. Hər ikisi - ana uşaq mağazasında müdir, ata isə ticarət şirkətində İT şöbəsinin müdiri işləyiblər.
Hələ ki, baş verənlərin əsas versiyası olaraq, qadının qəfil dəli olması düşünülür. “Mətbəxdə yemək bişirirdi, birdən dayandı və iki uşağını öldürdü, bundan sonra intihar etmək qərarına gəldi. Ancaq ağrıya dözməyib təcili yardım çağırıb”.
Maraqlıdır ki, qadının belə bir dəhşətli addım atmasını onun uzun müddət koranavirusa yoluxan ərinin uzunmüddətli xəstəliyi səbəbindən depressiyaya düşə bilməsi ilə də əlaqələndirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB