Tovuzda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə “Tovuz Park”ın qarşısında qeydə alınıb.

Hərəkətdə olan “VAZ” markalı minik maşını digər minik maşını ilə toqquşub.

Qəza zamanı 1986-cı il təvəllüdlü Məmmədov Məqsəd Sabir oğlu dünyasını dəyişib. Üç nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə