51 yaşlı mayor adam oğurlayırmış

51 yaşlı mayor adam oğurlayırmış

Moskvanın Lefortovo məhkəməsi, Rusiya Paraşütçülər Birliyinin icraiyyə komitəsinin keçmiş sədri, Hava-desant Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin mayoru, 51 yaşlı Batır Bekmuradovu adam qaçırmaqda və özbaşınalıqda ittiham edərək həbs edib. SİA bunu “Kommersant” nəşrinə istinadən yazıb.

Nəşr yazır ki, xüsusi təyinatlı zabit, Şakro Molodoy ləqəbi ilə tanınan qanuni oğru Zaxary Kalaşov ilə ortaq olaraq törətdiyi oğurluqlarda günahlandırıldıqdan sonra, bu günlərdə yeni cinayət epizodları ilə ittiham olunur.

Əldə olunan məlumata görə o, cinayətkar qrupun digər üzvləri ilə birlikdə Moskva restoranının sahibi Elements Janna Kimdən səkkiz milyon, digər sahibkardan isə zor güğünə 10 milyon rubl tələb edib.

Həmən vaxt Bekmuradov bu cinayətlərdə günahkar olduğunu qəti çəkildə rədd etsə də, təkzibolunmaz faktları əsas gətirən Moskvanın Nikulinskiy məhkəməsi 2018-ci ildə onu 9 ilə yaxın həbs cəzasına məhkum edtmişdi.

Amma bu gün mayorun məhkəmənin 2018-ci ildə üzə çıxara bilmədiyi yeni cinayətləri üzə çıxarılıb. Beləliklə, cinayət işi 2019-cu ilin yazında Moskvadakı Rublevskoye magistral yolunda amerikalı iş adamı Boris Minaxanın qaçırılmasından sonra başladılıb. İstintaqa görə, cinayət Yeisk limanında qaçırılıb azadlığı üçün 20 milyon dollar tələb olunan David Mirzəyevin keçmiş ortağıdır.

Maraqlıdır ki, Bekmuradov bu cinatətədə günahkar olduğunu qismən etiraf edərək, digər insanların mənafeyi naminə kollektor kimi davrandığını bildirib. Bununla yanaşı, dediyinə görə, o adam oğurluğunda iştirak etməyib və həmən gün qızı ilə xaricdə tətildə olub. Tədqiqat davam edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə