Vladivostok şəhər merinin məsul işçisi Aleksandr Skorlyakov iş yerində ölü vəziyyətində aşkar edilib. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.
Yerli mətbuat məmurun intihar etdiyini ehtimal edir.
Bundan əlavə, həmkarları arasında etibarlı, məsuliyyətli biri kimi tanınan Skorlyakovun intihar etməsi də təəccüblə qarşılanır.
Xatırladaq ki, bir müddət bundan əvvəl, Rusiya Federal Təhlükəsizlik Xidmətinin şöbələrindən birinin əməkdaşı Mixail Zaxarov da Kreml ərazisində intihar etmişdi. Həmin vaxt həmkarları onun ölüm ehtimalının həddən artıq iş və Federal Təhlükəsizlik Xidməti rəhbərliyinin işçilərinə qarşı biganə münasibəti ilə əlaqələndirmişdilər.
Yeri gəlmişkən, bildirək ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin əksər əməkdaşı onlar üçün təşkil edilmiş iş qrafikindən narazılıq edirlər. Məsələ bundadır ki, onlar bəzi hallarda gün ərzində 15 saat işləməyə məcbur edildiklərini bildirirlər. Rəhbərlik isə bunu kadr çatışmazlığı ilə əlaqələndirir.
Onu da qeyd edək ki, Moskvada intihar edən Zaxarov həyat yoldaşı ilə boşanmaq ərəfəsindəymiş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB