Tərtərin Suqovuşan kəndində mina partlaması nəticəsində mülki şəxs həyatını itirib

Tərtərin Suqovuşan kəndində mina partlaması nəticəsində mülki şəxs həyatını itirib
Tərtərin Suqovuşan kəndində mina partlaması nəticəsində mülki şəxs həyatını itirib. SİA-nın xəbərinə görə, Laçın rayon sakini, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. Suqovuşan kənd ərazi nümayəndəsi Xaliq Hümbətov APA-ya açıqlamasında bildirib ki, Bəxtiyar Mahmudov işğaldan işğaldan azad olunmuş əraziyə qeyri-qanuni yolla keçib. Ermənilərin minaladığı əraziyə girib və minanın partlaması onun ölümünə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə