Yolu keçən piyadanı maşın vuraraq öldürdü

Yolu keçən piyadanı maşın vuraraq öldürdü

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 14-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən qəsəbə sakini K.Nəcəfzadəni vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə