Keçmiş məhkum mağazanı qarət etdi

Keçmiş məhkum mağazanı qarət etdi

İmişli rayonu ərazisindəki mağazadan pul oğurlamaqda şübhəli bilinən H.Rüstəmov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da rayon ərazisindəki mağazalardan birindəki seyfdən 12.800 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Rüstəmov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə