Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 9-da saat 22 radələrində Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində Goranboy rayon sakini Ş.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini Ş.Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB