Zimbabvenin Kariba şəhəri yaxınlığında iki bacıya hücum edən timsah onlardan birini öldürüb, digərini isə yaralayıb.
SİA bildirir ki, bu barədə “New Zimbabwe” nəşri məlumat yaylb. Nəşr yazır ki, 4 yaşlı kiçik bacısını arxasına bağlayıb həmyaşıdları ilə oynayan böyük bacı timsah hücumu nəticəsidə ağır yaralanıb. Arxasında gəzdirdiyi bacısını isə timsah öldürüb.
Hadisə yerinə gələn yerli sakinlər qızcığazın qalıqlarını tapıblar. Timsahı isə Zimbabvenin milli parklarının mühafizəçiləri gəlməmişdən əvvəl öldürüblər.
Qeyd edək ki, bu, son günlər Afrikada timsahın insana hücumu ilə bağlı yayılan ilk xəbər deyil. Belə ki, bir müddət bundan əvvəl də Keniyanın Rareda bölgəsində timsah hamilə bir qadına hücum etmişdi. Sonradan qadının qalıqları papirus cəngəllikləri arasından tapılmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB