Tövlə və ot bağlaması yandı

Şəki şəhərinin İkinci Biləcik kəndində ümumi sahəsi 77 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 2,2 ton ot bağlamasının 1 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə