Nənə iki yaşlı nəvəsini öldürüb

Nənə iki yaşlı nəvəsini öldürüb

Ötən gün Rusiyanın Orenburq vilayətinin Orsk şəhərindəki yaşayış evlərindən birinin həyətindən çoxsaylı bıçaq və kəsilmiş yaralar alan iki yaşlı qız uşağının cəsədi tapılıb. Şəhərin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, uşağın 60 yaşlı nənəsi tərəfindən qətlə yetirildiyi ehtimal olunur. SİA bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Verilən xəbərə görə, boyun nahiyəsindən çoxsaylı bıçaq və kəsilmiş yaralar alan uşağın cəsədi fevralın 8-də Korolenko küçəsindəki yaşayış binasının yaxınlığından tapılıb. İstintaqın gəldiyi qənaətə görə, uşağa çoxsaylı bıçaq zərbələri endirən nənə sərxoş vəziyyətdə olub.

Orsk şəhər polis bölməsindən verilən məlumata görə, nənə barədə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə