Futbolçu intihar edib

“Uruqvayılı futbol hücumçusu Santiaqo Qarsianın meyiti yaşadığı evdə tapılıb”. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Verilən məlumata görə, Argentinanın “Godoy Cruz” klubunda çıxış edən Qarsianın intihar etdiyi ehtimal olunur. Xatırladaq ki, son zamanlar onda psixiatrik əlamətlər müşahidə edilirmiş.

Qeyd edək ki, Uruqvayda doğulan Qarsia Argentinanın “Godoy Cruz” klubunda keçirdiyi 100 oyunda 46 qol vurub. Bundan əvvəl o bir müddət Braziliya çempionatında da top qovub.

Yeri gəlmişkən bldirək ki, ötən ay, yəni yanvarın 11-də fransız futbolçu Kristofer Mabulu da oyun zamanı ürək tutmasından vəfat edib.

Onda bir müddət əvvəl - yanvarın 7-də isə Portuqaliya çempionatının üçüncü divizionunda çıxış edən “Alverca” klubunun braziliyalı oyunçusu Alex Apolinarionun oyun zamanı huşunu itirdiyi və bir neçə gün sonra xəstəxanada öldüyü bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə