Bakının Xətai rayonunda 29 yaşlı oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakının Xətai rayonunda 29 yaşlı oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb
Bakının Xətai rayonunda 29 yaşlı oğlan küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. SİA xəbər verir ki, hadisə Həzi Aslanov küçəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Səlimov Ələkbər İnqilab oğlu naməlum şəxsin hücumuna məruz qalıb. O, kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları faktı araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə