Narkotik vasitə və siqaretlər aşkarlanıb

Narkotik vasitə və siqaretlər aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Yalama" gömrük postunda Rusiya Federasiyasına gedən qatara gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yoxlama zamanı vaqonunun təkərlərinin arasında olan boşluqda gizlədilən ümumilikdə 125 qram narkotik vasitə - marixuana aşkar edilib.

Daha bir fakt isə Samur gömrük postunda qeydə alınıb. Belə ki, Rusiya Federasiyası istiqamətindən gələn Azərbaycan Respublikası vətəndaşının idarə edtiyi "DAF" yük markalı nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun təkərindən, eləcə də avtomobilin ehtiyyat təkərlərinin içərisində 90520 ədəd "Parliament Heets" markalı və yararsız vəziyyətdə 28000 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə