Çeçenistan vətəndaşı intihar edib

Çeçenistan vətəndaşı intihar edib

“Moskvada oğurluqda şübhəli bilinərək tutulan şəxs polis şöbəsindəki hüquq-mühafizə orqanı əməkdaşına hücum etdikdən sonra intihar edib”. SİA bu xəbəri “Moskovski Komsomolets” nəşrinə istinad edərək bildirir.

Verilən məlumata görə, pandemiya ilə bağlı işsiz qalan kondisioner ustası “Europolis” ticarət mərkəzindən oğurluq edərkən tutulub. Həbs edilən 35 yaşlı Çeçenistan vətəndaşı şübhəli şəxs qismində “Sviblovo” polis şöbəsinə aparılıb. O, şöbədə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisədə təhlükəsizlik zabitinin başından bir neçə zərbə vuraraq ona xəsarət yetirib.

Qandallanan çeçen paytaxt klinikalarından birinin psixosomatik şöbəsinə yerləşdiriblər. Yaralı polis isə kömək üçün təcili yardıma üz tutub.

...Ötən gün səhər həkimlər özünü Əlixan kimi təqdim edən Çeçenistan vətəndaşının cəsədini yatdığı palatada aşkar ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə