Bərdə rayonunun Cəyirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 2-də saat 14 radələrində Bərdə rayonunun Cəyirli kəndi ərazisində Bərdə rayon sakini S.Ağalarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Z.Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB