Ağdaş rayonunun Əmrah kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 2-də saat 15 radələrində Ağdaş rayonunun Əmrah kəndi ərazisində Sumqayıt şəhər sakini H.Ağayev idarə etdiyi “DAF” markalı yük avtomobilini qarşıda gedən Tovuz rayon sakini E.Bayramovun idarə etdiyi “Renault” markalı avtomobilə vurub. Nəticədə minik avtomobilindəki sərnişinlərdən E.Alıyev hadisə yerində ölmüş, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB