Moskva bölgəsində 12 yaşlı uşaq intihar edib. SİA bu barədə "Moskovski Komsomolets" nəşrinə istinad edərək bildirir.
Nəşrin yazdığına görə, bir neçə il əvvəl skuter oğurluğu ilə yerli polis şöbəsində qeydiyyata alınan oğlanın bu əməli barədə sinif yoldaşları bu yaxınlarda öyrəniblər. Sinif yoldaşlarının istehzalarına dözməyən oğlan intihar edib.
Yeri gəlmişkən, qeyd edək ki, bu, rusiyalı məktəblilər arasında baş verən yeganə intihar hadisəsi deyil. Belə ki, bir müddət bundan əvvəl də, Krasnoyarsk diyarının Şalinskoye kəndində, yeddinci sinif şagirdi zəif akademik fəaliyyətini müzakirə edən pedaqoji şuradan sonra intihar etmişdi.
Başqa bir intihar hadisəsi Sankt-Peterburqda qeydə alınıb. Şəhərdəki 640 saylı məktəbin 13 yaşlı altıncı sinif şagirdi özünü dördüncü mərtəbənin pəncərəsindən ataraq intihar edib. Qeyd edək ki, bu hadisədən sonra şəhərin bütün təhsil müəssisələrindəki pəncərələr yenidən dizayn edilərək möhkəmləndirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB