Piyada yol qəzasında dünyasını dəyişib

Piyada yol qəzasında dünyasını dəyişib

Mayın 19-u saat 11:00 radələrində Buzovna – Zaqulba yolunda Bərdə rayon sakini Nəbadi Həsənov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Bakı şəhər sakini Südabə Zeynalovanı vurub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, zərərçəkmiş 3 saylı şəhər kliniki xəstəxanaya daxil olub. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə