Pakistanlı boksçu Məhəmməd Aslam Xan həmyerlisi Vəli Xan Tarinlə birgə keçirdikləri xeyriyyə döyüşündən sonra ölüb. SİA rus mətbuatına istinadən 27 yaşlı idmançının Karaçidəki xəstəxanada öldüyünü bildirir. Ölümə səbəb kimi isə sərt nokaut nəticəsində yaranan daxili zədələr olub.
Bunula yanaşı, döyüş təşkilinin lazımi təhlükəsizlik tələblərinə cavab vermədiyi də məlum olub. Belə ki, keçirilən rinqdə heç bir tibb işçisi olmayıb
Qeyd ekək ki, son aylar bir necə idmançı ölümüylə yadda qalıb. Məsələn, ötən ilin iyulunda çoxsaylı bıçaq xəsarətləri alan ingilis qarışıq stil döyüşçüsü Jaro Şepherd xəstəxanada öldü. Səbəb, idmançının aldığı çoxsaylı bıçaq xəsarətləri olub.
Ondan bir müddət sonra 21 yaşlı “məğlubedilməz meksikalı” kimi tanınan boksçu Xavier Qonzalesin qəfil ölümü barədə məlum yayıldı. Xatırladaq ki, sonuncunun ölüm səbəbi xərçəng idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB