Türkiyənin Kütahya bölgəsinin Simav mahalında baş verən 5, 9 bal gücündəki zəlzələdə ən az 3 adamın öldüyü, 40 adamın da yaralandığı açıqlanıb. SİA-nın xəbərinə görə, Simav mahalında çox sayda ev və iş yerinin şüşələrində qırıqların olduğu, binalara çoxsaylı ziyan dəydiyi bildirilib. Kütahya valisi Kənan Çiftçi vəziyyəti daha yaxından öyrənmək üçün Simava gedib. Bu arada baş nazir Rəcəb Tayyib Ərdoğanın vali Kənan Çiftçi ilə görüşərək hadisə haqqında məlumat aldığı deyilib.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları gəlib, axtarış tədbirləri davam etdirilir. Qeyd olunur ki, zəlzələ Kütahya şəhərindən 77 km aralıda qeydə alınıb. Yeraltı təkanlar nəticəsində ölən 3 nəfərdən 1-I pəncərədən tullanma, 2-si isə ürək tutuması nəticəsində dünyasını dəyişib. Zəlzələ İstanbul, Yalova, Bursa və digər şəhərlərdə də qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB