Zaqatalada avtomobil aşdı, sürücü öldü

Zaqatala rayonunun Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 24-də saat 19 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində Aşağı Tala kənd sakini A.Musayev idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə