İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb

İsmayıllı və Qəbələ Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, İsmayıllıda rayonun Qalagah kənd sakini T.Yəhyayevdən müvafiq sənədləri olmayan “İJ-16”, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Nic qəsəbəsində yaşayan F.Alməmmədovdan “İJ-18” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə