Mebel və avtomobil sexləri yandı Bakıda güclü yanğın

Bakı şəhərinin Nərimanov rayonunda güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 1000 kv.m olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılan boya məhsulları 40 kv.m sahədə, bitişik ümumi sahəsi 40 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə