İsmayıllı sakinin evində marixuana aşkar edilib

İsmayıllı rayon sakini N.Baratovun yaşadığı evdən marixuana götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Göytəpə kənd sakini N.Baratovun yaşadığı evə baxış zamanı oradan 415 qram marixuana aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə