Oğurluqda və quldurluqda şübhəli bilinən Masallı rayon sakini K.Ağayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Masallı rayon sakini Ə.Səmədovun və Sədərək rayon sakini Ə.Rzayevin pullarını və geyim əşyalarını oğurlamaqda, Ə.Rzayevin oğlunun mobil telefonunu isə quldurluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş K.Ağayev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...