Qaradağ rayonunda ”Shacman” markalı yük maşını dərəyə aşıb, bir nəfər ölüb

Qaradağ rayonunda ”Shacman” markalı yük maşını dərəyə aşıb, bir nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda ”Shacman” markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən SİA-ya verilən məlumata görə, hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü İbadov Sadiq Valeh oğlunun meyiti qəza törədən nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə